“LUKoil” Azərbaycanda yeni sahələrə investisiya qoyuluşunu nəzərdən keçirir

“LUKoil” Azərbaycanda yeni sahələrə investisiya qoyuluşunu nəzərdən keçirir Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.
Energetika
18 Mart , 2019 17:52
“LUKoil” Azərbaycanda yeni sahələrə investisiya qoyuluşunu nəzərdən keçirir

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

“Report” şirkətə istinadən xəbər verir ki, görüşdə “LUKoil” şirkəti ilə SOCAR arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKoil”un iştirakı yüksək qiymətləndirilib.

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR-la əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yüksək qiymətləndirib. Bu baxımdan, Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

“LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10% paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.

Son xəbərlər

Orphus sistemi