London birjasında “Brent” və WTI markalı neftin qiyməti qalxıb

London birjasında “Brent” və WTI markalı neftin qiyməti qalxıb Martın 13-də Londonun ICE birjasında keçirilən ticarət əməliyyatlarında neftin qiyməti ötən gün qeydə alınan ciddi azalmadan sonra tədricən artmağa başlayıb.
Energetika
13 Mart , 2020 11:37
London birjasında “Brent” və WTI markalı neftin qiyməti qalxıb

Martın 13-də Londonun ICE birjasında keçirilən ticarət əməliyyatlarında neftin qiyməti ötən gün qeydə alınan ciddi azalmadan sonra tədricən artmağa başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, həm “Brent”, həm WTI markalı neftin qiymətində artım qeydə alınıb.

Birjanın məlumatlarına görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 34 ABŞ dolları həddini keçib. Artımın pik nöqtəsində qiymət 34,17 dollar/barelə çatıb ki, bu da öncəki bağlanış qiymətindən 2,9% çoxdur. WTI markalı neftin fyuçersləri isə 32,53 dollar/barelə çatıb (+3,3%). Hazırda bu sort neftin qiyməti bir barel üçün 32,3 ABŞ dolları səviyyəsindədir (+2,6%).

Qeyd edək ki, martın 6-da keçirilən danışıqlarda OPEC+ ölkələrinin nazirləri neft hasilatını azaldılması üzrə sazişin gələcək parametrləri barədə razılığa gələ bilməyiblər. OPEC hasilatı bu ilin sonuna qədər gündəlik daha 1,5 milyon barel azaltmağı təklif etsə də, Rusiya buna razı olmayıb. Aprel ayından etibarən hasilatla bağlı bütün məhdudiyyətlər aradan qaldırılacaq. Sazişlə bağlı razılaşmanın olmaması səbəbi ilə martın 9-da keçirilən əməliyyatlarda “Brent” markalı neft 30% ucuzlaşaraq 31 ABŞ dolları səviyyəsinə enib.

Neft qiymətləri həmçinin koronavirusun yayılması və onun dünya iqtisadiyyatına mənfi təsiri ilə bağlı narahatlıqlar fonunda da aşağı düşür.

Son xəbərlər

Orphus sistemi