“Ləhiş bağları”na qaz verilib

“Ləhiş bağları”na qaz verilib Bakının Sabunçu rayonu Maştağa qəsəbəsinə Ləhiş bağları adlandırılan ərazidəki yeni massivə təbii qaz verilib.
Energetika
29 Yanvar , 2020 16:00
“Ləhiş bağları”na qaz verilib

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsinə "Ləhiş bağları" adlandırılan ərazidəki yeni massivə təbii qaz verilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 147 fərdi yaşayış evinin qazlaşdırılmasına 2019-cu ilin sentyabr ayında başlanılıb. Bu işlərin icrası üçün ümumi uzunluğu 10 min metrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 17-də qaz açılışları baş tutub, digər 5 massivdə tamamlanma işləri aparılır və yaz aylarına qədər mavi yanacağın verilişi təmin olunacaq.

Bakı şəhərində qazlaşdırılmış bir neçə yaşayış massivindən hazırlanan video materialı aşağıdakı videodan izləyə bilərsiniz: 

Son xəbərlər

Orphus sistemi