“KazMunayGaz”ın “Sətti” qazma qurğusu Bakıya gətirilib

“KazMunayGaz”ın “Sətti” qazma qurğusu Bakıya gətirilib Qazaxıstanın Ersay limanından yola düşmüş “KazMunayGaz”-ın “Sətti” özüqalxan üzən qazma qurğusu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Caspian Drilling Company” (CDC) MMC-nin müasir dəniz təchizat və loqistika bazasına yan alıb.
Energetika
20 İyun , 2019 11:34
“KazMunayGaz”ın “Sətti” qazma qurğusu Bakıya gətirilib

Qazaxıstanın Ersay limanından yola düşmüş “KazMunayGaz”-ın “Sətti” özüqalxan üzən qazma qurğusu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Caspian Drilling Company” (CDC) MMC-nin müasir dəniz təchizat və loqistika bazasına yan alıb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, qurğunun qarşılanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Bildirilib ki, qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik CDC-nin müasir təchizat və logistika bazasında Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçiriləcək. Modernləşdirmə işlərinin cari ilin sonunda yekunlaşması gözlənilir. Modernləşdirildikdən sonra qurğu ilə 6000 metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyyəti artacaq. Qurğunun ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

Qurğunun qarşılanma mərasimindən sonra SOCAR və “KazMunayQaz rəhbərliyi Heydər Əliyev adına Dərin Özüllər Zavoduna baş çəkib, SOCAR-ın “BOS Şelf” müəssisəsinin həyata keçirdiyi layihələrlə tanış olublar. 

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında SOCAR ilə “KazMunayGaz” arasında imzalanmış memoranduma əsasən “Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın CDC şirkətinə etibarlı idarəetməyə verilib.

''KazMunayGaz'' milli şirkəti Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən operatordur. Şirkət 2002-ci ildə yaradılıb. Onun tərkibində 190-dan çox təşkilat birləşib. ''KazMunayGaz''-ın səhmdarları ''Samruk-Kazyna'' Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10%). 

CDC şirkəti 1996-cı ildə yaradılıb. Hazırda SOCAR-ın CDC-dəki payı 92.44%-dir. CDC Şirkətinə məxsus “Dədə Qorqud” (1996), “İstiqlal” (1998) və “Heydər Əliyev” (2017) adına yarımdalma qazma qurğuları hazırda Xəzər dənizinin Azərbaycana aid hissəsində müxtəlif beynəlxalq miqyaslı layihələrdə fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi