Kanada şirkəti Azərbaycanın quru yatağında istifadə olunmamış zonada perforasiya edib

Kanada şirkəti Azərbaycanın quru yatağında istifadə olunmamış zonada perforasiya edib “Cəfərli” yatağındakı C-21 saylı quyudan yaxşı məlumat əldə etdikdən sonra işi perforasiya ilə davam edib
Energetika
6 Oktyabr , 2017 17:33
Kanada şirkəti Azərbaycanın quru yatağında istifadə olunmamış zonada perforasiya edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quruda yerləşən “Cəfərli” yatağında yeni, istifadə olunmamış hasilat zonasında uğurla perforasiya işi görüb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Şirkətdən bildirilib ki, “Cəfərli” yatağındakı C-21 saylı quyudan yaxşı məlumat əldə etdikdən sonra iş perforasiya ilə davam edib.

Xüsusi texnologiyanın tətbiqi ümumilikdə 7,1 metr istifadə olunmamış zonanın müəyyənləşməsinə imkan verib. Belə texnika şirkətin Azərbaycandakı əməliyyatlarında ilk dəfə istifadə olunub.

Daha əvvəl məhsuldar olmayan quyudan hazırda gündəlik 15 barel neft hasil olunur.

Şirkətin mühəndisləri bildirib ki, gələcəkdə daha çox neft hasilatı üçün əlavə bölgələr müəyyən edilib.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi