​Kaladze: "Kaxetidə 3,8 trln. kubmetr təbii qaz ehtiyatının olması xəbəri inandırıcı deyil"

​Kaladze: "Kaxetidə 3,8 trln. kubmetr təbii qaz ehtiyatının olması xəbəri inandırıcı deyil" "Bu gün heç Türkmənistan və ya digər neft-qaz ölkələri bu qədər təbii qaz ehtiyatına malik deyil"
Energetika
5 Fevral , 2016 22:32
​Kaladze: Kaxetidə 3,8 trln. kubmetr təbii qaz ehtiyatının olması xəbəri inandırıcı deyil

Tbilisi. 5 fevral. REPORT.AZ/ Gürcüstanın Kaxeti bölgəsində 3,8 trilyon kubmetr təbii qaz ehtiyatı olması barədə “Frontera” şirkətinin məlumatı inandırıcı deyil. Bu gün heç Türkmənistan və ya digər neft-qaz ölkələri bu qədər təbii qaz ehtiyatına malik deyil.

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.

Kaladze bildirib ki, bunun sübut olunması üçün milyardlarla investisiya lazımdır. Əgər bu proqnozlar təsdiqini taparsa vəziyyət tam dəyişər. Amma bunun da hansı nəticələr verəcəyini heç kim qabaqcadan proqnozlaşdıra bilməz.

Son xəbərlər

Orphus sistemi