Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
“Report”un məlumatına görə, ötən ay Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 38 334 min kvt/saat təşkil edib. İyun ayı üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 3226 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 3 303,9 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 102,4% olub.
Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 4 377 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 323,9 min manat, daxil olan vəsaitin həcmi 323,9 min manat olub.
Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 502 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 177,7 min manat, daxil olan vəsaitin həcmi 177,7 min manat təşkil edib.
İyunda Babək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 879 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 133,4 min manat, daxil olan vəsaitin həcmi 133,4 min manat olub.
Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 351 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 95,2 min manat, daxil olan vəsaitin həcmi isə 95,2 min manat olub.
Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 412 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 99,8 min manat, daxil olan vəsaitin həcmi isə 99,8 min manat olub.
Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 423 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 30 min manat, daxil olan vəsaitin həcmi isə 30 min manat olub.
Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 255 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 18,1 min manat, daxil olan vəsaitin həcmi isə 18,1 min manat təşkil edib.
Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 227 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 16,1 min manat, daxil olan vəsaitin həcmi 16,1 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.
Bu ilin altıncı ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 25 908 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 2 331,8 min manat, daxil olan vəsaitin həcmi 2 331,8 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 103,3% olub.