Enerji Agentliyi neftə tələbat proqnozunu artırıb

Enerji Agentliyi neftə tələbat proqnozunu artırıb IEA il üzrə neftə tələbat proqnozunu artırıb
Energetika
10 İyul , 2020 14:11
Enerji Agentliyi neftə tələbat proqnozunu artırıb

Bu ilin II rübündə neftə olan gündəlik qlobal tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 mln barel azalıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, may ayında Çin və Hindistanda tələbat güclü şəkildə artıb. Çində gündəlik 0,7 mln barel, Hindistanda 1,1 mln barel artım qeydə alınıb.

Tələbatın ən çox azalması ilin I yarısında qeydə alınıb. Bu müddətdə gündəlik tələbat 10,75 mln barel azalıb.

IEA ilin II yarısında gündəlik tələbatın azalmasında 5,1 mln barelədək irəliləyiş proqnozlaşdırır.

Agentliyin proqnozuna görə, bu il üçün gündəlik qlobal tələbat 2019-cu illə müqayisədə 7,9 mln barel azalaraq 92,1 mln barel olacaq. Bundan əvvəlki proqnozda isə azalma 8,1 mln barel idi.

Bildirilib ki, bu, ilin II rübündə azalmanın gözləniləndən daha az olması ilə bağlıdır.

Proqnoza görə, 2021-ci ildə gündəlik tələbat 5,3 mln azalacaq və istehlak 97,4 mln barel təşkil edəcək. Bu isə 2019-cu ildən 2,6 mln barel azdır.

Bununla belə, Agentlik bildirib ki, koronavirusa yoluxanların sayında artım və məhdudiyyətlərin tətbiqi proqnozun verilməsində böyük qeyri-müəyyənlik yaradır.

Son xəbərlər

Orphus sistemi