İvanişvili: "İran qazı böyük ehtimalla Gürcüstana nəql ediləcək"

İvanişvili: "İran qazı böyük ehtimalla Gürcüstana nəql ediləcək" İvanişvilinin sözlərinə görə, o özü danışıqlarda sahibkar statusunda iştirak edir
Energetika
11 Noyabr , 2015 07:24
İvanişvili: İran qazı böyük ehtimalla Gürcüstana nəql ediləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvili bildirib ki, İran qazı, böyük ehtimalla, Gürcüstana nəql ediləcək. 

"Report"un “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, İvanişvili deyib ki, İranla möhkəm ticarət əlaqələrinin formalaşması Gürcüstan üçün zəruridir.

"Təxminən iki həftə əvvəl ABŞ səfiri ilə görüşdüm. Biz hökumət üzvləri ilə də çox fəal işləyirik. Heç nəyi idarə etməsəm də, iqtisadiyyatla əlaqəli olan hər məsələdə iştirak edirəm", - deyə sabiq baş nazir bildirib. 

O, qeyd edib ki, İranla yanaşı Çin və Rusiya da Gürcüstan üçün böyük iqtisadi əhəmiyyət kəsb edir.

"İran qazı Gürcüstan bazarına daxil olsa, çox maraqlı olardı. Düşünürəm ki, böyük ehtimalla, bu, belə də olacaq”, - deyə İvanişvilli vurğulayıb. Milyarder qeyd edib ki, məsələnin detallarını açıqlaya bilməz. Çünkü əvvəlcə hökumət təfərrüatları ictimaiyyətə təqdim etməlidir.

İvanişvillinin sözlərinə görə, o özü  danışıqlarda sahibkar statusunda iştirak edir. 

Son xəbərlər

Orphus sistemi