Bakı. 21 yanvar. REPORT.AZ/ "Neft minimumadək ucuzlaşıb, bundan sonra onun qiyməti çətin ki, aşağı düşsün".
"Report" " İTAR-TASS"a istinadən xəbər verir ki, bunu İraqın neft naziri Adil Əbdül Mehdi Küveytdə keçirilən energetika konfransında deyib.
"Hazırda neftin qiymətinin davamlı və güclü şəkildə enməsinə haqq qazandıracaq iqtisadi şərait mövcud deyil", - nazir vurğulayıb.