İran və Azərbaycan birgə günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır

İran və Azərbaycan birgə günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır İranın energetika nazirinin müavini bildirib ki, İran həmçinin Azərbaycan vasitəsilə Rusiya enerji sisteminə qoşulmağı planlaşdırır
Energetika
7 Yanvar , 2015 11:55
İran və Azərbaycan birgə günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır

Bakı. 7 yanvar. REPORT.AZ/ "İran və Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı ilə bağlı addımlar çərçivəsində günəş və külək elektrik stansiyalarının inşası haqqında razılığa gəliblər". "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın energetika nazirinin beynəlxalq işlər üzrə müavini İsmayıl Məhsuli bildirib. 

O əlavə edib ki, Tehran və Bakı  bərpa olunan enerji mənbələri sahəsində layihələrin inkişafı üzrə bir neçə müqavilə bağlayıb. 

Nazir müavini, həmçinin qeyd edib ki, iki ölkə elektrik enerjisi mübadiləsi məsələsini, eləcə də İranın Rusiya enerji sisteminə qoşulmasına imkan verəcək transmissiya xəttinin yaradılmasını müzakirə edirlər. Bununla əlaqədar İran və Rusiya mart ayının sonuna qədər İranı Azərbaycanla birləşdirən transmissiya xətti vasitəsilə öz milli sistemlərinin qoşulması üzrə ilkin addımları müzakirə etməyi planlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi