İran neft obyektlərinin təhlükəsizliyini gücləndirib

İran neft obyektlərinin təhlükəsizliyini gücləndirib İran neft obyektlərinin təhlükəsizlik tədbirlərini gücləndirib.
Energetika
2 Oktyabr , 2019 11:01
İran neft obyektlərinin təhlükəsizliyini gücləndirib

"İran neft obyektlərinin təhlükəsizlik tədbirlərini gücləndirib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Nəmdar-Zəngənə jurnalistlərə bildirib.

Moskvada "Rusiya energetika həftəsi"ində iştirak edən nazir deyib: "Bəli, biz hər zaman çox ehtiyatlı olmalıyıq. Ümid edirəm ki, Fars körfəzi bölgəsindəki ölkələr təkcə didişmələri artırmamaq yox, həm də regionda didişmələri azaltmaq müdrikliyinə malikdirlər". 

Son xəbərlər

Orphus sistemi