İki rayonda qaz təchizatı dayandırılıb

İki rayonda qaz təchizatı dayandırılıb Samux və Ağsu rayonlarında qaz təchizatı dayandırılıb.
Energetika
24 İyul , 2019 09:56
İki rayonda qaz təchizatı dayandırılıb

Samux və Ağsu rayonlarında qaz təchizatı dayandırılıb.

Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilib ki, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb. Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09:00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun 9 kəndində səhər saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılıb.

Son xəbərlər

Orphus sistemi