İki quyu əsaslı təmirdən sonra istismara verilib

İki quyu əsaslı təmirdən sonra istismara verilib Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olunan “Səngəçal-dəniz- Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 375 saylı estakadayanı meydançada aparılan təmir-bərpa işlərindən sonra hidrotexniki qurğuları qəzalı quyu fondunda olan 375 nömrəli quyu təmirdən sonra istismara verilib.
Energetika
22 Noyabr , 2017 11:17
İki quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olunan “Səngəçal-dəniz- Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 375 saylı estakadayanı meydançada aparılan təmir-bərpa işlərindən sonra hidrotexniki qurğuları qəzalı quyu fondunda olan 375 nömrəli quyu təmirdən sonra istismara verilib.

“Report” “Azneft”ə istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4452-4428 metr intervaldan gündəlik 10 ton neft və 4000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib

Bundan başqa, “Ələt-dəniz” yatağındakı 17 saylı stasionar dəniz özülündən 86 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan fontan üsulu ilə məhsul verib, 2998-2996 metr intervaldan gündəlik 25 ton neft və 15000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi