I Avropa Oyunları zamanı elektrik enerjisinə tələbat artacaq

I Avropa Oyunları zamanı elektrik enerjisinə tələbat artacaq Abşeron və Mingəçevir yüksək gərginlikli elektrik şəbəkələri gücləndirilmiş iş rejiminə keçib
Energetika
4 İyun , 2015 13:42
I Avropa Oyunları zamanı elektrik enerjisinə tələbat artacaq

Bakı. 4 iyun. REPORT.AZ/ I Avropa Oyunlarına paytaxt Bakı ilə yanaşı Mingəçevir şəhəri də ev sahibliyi edəcək. “Azərenerji” ASC-dən “Report”a verilən məluamat görə, I Avropa Oyunlarında adi günlərə nisbətən elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının gün ərzində bazis iş rejimində işləyəcək, hər hansı çətinliklərin yaranması gözlənilmir. Bu günlərdə ölkədə enerji təchizatı müəssisəsinin (“Azərişıq” ASC-nin) tələbatına uyğun elektrik enerjisi ilə təmin edilməsi üçün xüsusi qərargah yaradılıb.

Səhmdar Cəmiyyətin Elektrik enerjisinin ötürülmə İdarəsindən əldə edilən məlumata görə, enerji təchizatı müəssisəsinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. İstehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün yüksək gərginlikli elektrik şəbəkəsi müəssisələri, o cümlədən Abşeron və Mingəçevir yüksək gərginlikli elektrik şəbəkələri gücləndirilmiş iş rejiminə keçib. Əlavə mal-material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb.

Xatırladaq ki, iyunun 14-16-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışlar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi