Gürcüstanda SOCAR-a məxsus YDM-ə basqın edən şəxslər saxlanılıb

Gürcüstanda SOCAR-a məxsus YDM-ə basqın edən şəxslər saxlanılıb Gürcüstanın Rustavi şəhərinin 16-cı mikrorayonunda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə (YDM) basqın edən iki şəxs saxlanılıb.
Energetika
2 İyul , 2019 20:14
Gürcüstanda SOCAR-a məxsus YDM-ə basqın edən şəxslər saxlanılıb

Gürcüstanın Rustavi şəhərinin 16-cı mikrorayonunda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə (YDM) basqın edən iki şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, saxlanılan şəxslər ötən gecə YDM-ə basqın ediblər.

Basqınçılar YDM əməkdaşına küt alətlə xəsarət yetirərək kassada olan pulları oğurlayıblar. 

Maskalı basqınçıların YDM-dən 200 lari pul (71 dollar) oğurladıqları məlum olub. Onların küt alətlə xəsarət yetirdikləri məntəqənin 61 yaşlı əməkdaşı xəstəxanaya çatdırılıb. YDM əməkdaşına klinikada ilkin tibbi yardım göstərilib. O, vəziyyəti sabit olduğundan evə buraxılıb. 

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açıb.

Son xəbərlər

Orphus sistemi