Gürcüstanda neft və təbii qaz istehlakı artıb

Gürcüstanda neft və təbii qaz istehlakı artıb Bu ilin yanvar-may aylarında Gürcüstanda 526,5 min ton neft və neft məhsulu istehlak olunub.
Energetika
5 Avqust , 2019 11:38
Gürcüstanda neft və təbii qaz istehlakı artıb

Bu ilin yanvar-may aylarında Gürcüstanda 526,5 min ton neft və neft məhsulu istehlak olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 ton və yaxud 6,65% çoxdur.

Hesabat dövründə qonşu ölkədə 1306,4 mln. kub metr təbii qaz istehlak olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə qaz istehlakı 18% artıb. 

Son xəbərlər

Orphus sistemi