Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin artırıb

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin artırıb Bu ilin iyul ayında Gürcüstan Azərbaycandan 93 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
Energetika
7 Avqust , 2019 10:47
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin artırıb

Bu ilin iyul ayında Gürcüstan Azərbaycandan 93 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 91,86 milyon kilovatt/saat və yaxud, təxminən, 81 dəfə çoxdur.

Bu il avqustun 1-dən 5-nə qədər isə Gürcüstan Azərbaycandan 12,28 milyon kilovatt/saat həcmində elektrik enerjisi alıb.

Xatırladaq ki, Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına ötən ayın əvvəlindən başlayıb. İdxalın kəskin artması yerli SES-lərdə istehsal həcminin aşağı düşməsi, istehlakın isə artması ilə bağlıdır. 

Son xəbərlər

Orphus sistemi