“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib Quyu gündəlik 110 ton neft və 14000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
19 Sentyabr , 2016 13:04
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

Bakı.19 sentyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən dayazsulu “Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2846-2813 metr intervaldan gündəlik 110 ton neft və 14000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi