“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib Quyu 70 ton neft, 25 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
19 Yanvar , 2016 15:59
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

Bakı. 19 yanvar. REPORT.AZ/ “Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündə 272 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib.

O, 2 960 - 2 924 metr intervaldan sutkalıq 70 ton neft və 25 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi