"Günəşli" yatağında daha bir quyu istismara verilib

"Günəşli" yatağında daha bir quyu istismara verilib Quyu sutkalıq 55 ton neft və 120 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
23 May , 2016 16:37
Günəşli yatağında daha bir quyu istismara verilib

Bakı. 23 may. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib. O, 2 612 - 2 592 metr intervaldan sutkalıq 55 ton neft və 120 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi