Goranboyun daha iki kəndinə təbii qaz verilib

Goranboyun daha iki kəndinə təbii qaz verilib Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Goranboy rayonunun Goranlı və Həmənli kəndlərinə təbii qaz verilib.
Energetika
22 Noyabr , 2018 15:28
Goranboyun daha iki kəndinə təbii qaz verilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Goranboy rayonunun Goranlı və Həmənli kəndlərinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə, 178 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 106 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi