Bakı. 29 iyun. REPORT.AZ/ Növbəti ilin başlanğıcından ABŞ-da neftin hasilatının artımı başlayacaq. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarıın Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin rəhbəri Adam Seminski "Sputnik" agentliyinə bildirib.
"Hal-hazırda qiymətlərin aşağı olmasının təsirilə əlaqədar ABŞ-da neftçıxarma aşağı düşür. Amma bu, 2007-ci ilin birinci yarısından dəyişməyə başlamalıdır" – deyə Seminski bildirib.
O, daha əvvəl bildirib ki, 2017-ci ilin sonunda Brent markalı neftin bir barelinin qiyməti 60 dollar ola bilər.
"Ona görə də, biz hesab edirik ki, qiymətləri sabitləşməyə başlayacaq. Onda, qazma qurğularının da sayı yüksələcək, həm də neft hasilatı sabitləşəcək və artacaq", - deyə Seminski qeyd edib.