Gələn ay Kazanda neft-qaz sərgisi keçiriləcək

Gələn ay Kazanda neft-qaz sərgisi keçiriləcək Bakı. 15 avqust. REPORT.AZ/ Sentyabrın 4-6-da Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda Neft, qaz, neft-kimya 2018 sərgisi keçiriləcək.
Energetika
15 Avqust , 2018 11:03
Gələn ay Kazanda neft-qaz sərgisi keçiriləcək

Bakı. 15 avqust. REPORT.AZ/ Sentyabrın 4-6-da Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda "Neft, qaz, neft-kimya 2018" sərgisi keçiriləcək.

"Report"un məlumatına görə, sərgidə iştirak edəcək şirkətlər neft-qaz sahəsində yeni məhsullarını, tətbiq etdikləri yenilikləri təqdim edəcəklər.

Xatırladaq ki, bu sərgi ötən il də keçirilmişdi və onu on minlərlə insan ziyarət etmişdi. Ziyarətçilər arasında Azərbaycandan gedənlər də olub.

Son xəbərlər

Orphus sistemi