Gədəbəyin dörd yaşayış məntəqəsinə təbii qaz verilib

Gədəbəyin dörd yaşayış məntəqəsinə təbii qaz verilib Bakı. 22 noyabr. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz”İstehsalat Birliyi tərəfindən ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir.
Energetika
22 Noyabr , 2018 15:35
Gədəbəyin dörd yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı. 22 noyabr. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz”İstehsalat Birliyi tərəfindən ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq, məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub.

Bildirilib ki, dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz borularının işçilərin əlləri ilə həmin ərazilərə daşınmasına, hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlərin xeyli hissəsi tamamlanaraq yaşayış məntəqələrinin əksəriyyətində sayğac quraşdırma işləri aparılıb.

Bu gün Gədəbəy rayonunun Sonalar, Hacılar, Mormor və Cücanlı kəndlərinə təbii qaz verilib. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə, 222 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 33 683 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Bundan əlavə, Gədəbəy rayonunun Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir. Tezliklə qeyd olunan yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi