“Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə Hasilatın Pay Bölgüsü sazişi ratifikasiya olunub

“Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə Hasilatın Pay Bölgüsü sazişi ratifikasiya olunub Bakı. 29 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi–Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Statoil Azərbaycan Əşrəfi – Dan Ulduzu – Aypara” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbulu və təsdiq edilməsinə, həyata keçirilməsinə razılıq verilməsi barədə” qanun layihəsi təsdiq olunub.
Energetika
29 İyun , 2018 13:23
“Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə Hasilatın Pay Bölgüsü sazişi ratifikasiya olunub

Bakı. 29 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi–Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Statoil Azərbaycan Əşrəfi – Dan Ulduzu – Aypara” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbulu və təsdiq edilməsinə, həyata keçirilməsinə razılıq verilməsi barədə” qanun layihəsi təsdiq olunub.

"Report" xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında təsdiqlənib.

Qeyd edək ki, “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş bu il mayın 30-da SOCAR-la Norveçin "Equinor" (keçmiş “Statoil”) şirkəti arasında imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Equinor" qrupunun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıblar.

HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

“Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. 

Son xəbərlər

Orphus sistemi