“Equinor” xalis mənfəətini 2 dəfə artırıb

“Equinor” xalis mənfəətini 2 dəfə artırıb Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu ilin doqquz ayı ərzində Norveçin “Equinor” (keçmiş Statoil) şirkətinin xalis mənfəəti 2 dəfə artaraq 4,171 mlrd. dollar təşkil edib.
Energetika
25 Oktyabr , 2018 11:40
“Equinor” xalis mənfəətini 2 dəfə artırıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu ilin doqquz ayı ərzində Norveçin “Equinor” (keçmiş "Statoil") şirkətinin xalis mənfəəti 2 dəfə artaraq 4,171 mlrd. dollar təşkil edib. 

“Report”un xəbərinə görə, bu barədə şirkətin hesabatında deyilir.

Bu ilin yanvar-sentyabr ayları ərzində “Equinor” şirkətinin gəlirləri 56,834 mlrd. dollar təşkil edib ki,, bu da 2017-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 29,6% çoxdur.

Şirkətin bu ilin üçüncü rübündə xalis mənfəəti 1,666 mlrd. dollar olub.Ötən ilin analoji dövründə isə şirkət 478 mln. dollar zərər etmişdi.

Şirkətin rüblük gəlirləri ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 40,3% artaraq 18,989 mlrd. dollar təşkil edib.

Şirkətin qiymətləndirməsinə əsasən, hesabat dövründə “Brent” markalı neftin bir barelinin qiyməti 72,1 dollar olub ki, bu da 2017-ci ilin 9 ayı ayı müqayisədə 39% çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında “Equinor” şirkətinin karbohidrogen hasilatının həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 1% artıb və gündəlik olaraq 2,091 mln. barrel neft eksivalenti təşkil edib.

Xatırladaq ki, Norveçin “Statoil” neft-qaz qrupu 16 may 2018-ci ildə adını “Equinor” olaraq dəyişdirib. Şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 7,27%, AÇG neftinin əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində  8,71% paya sahibdir.

Bundan başqa, bu il mayın 30-da  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Equinor"  arasında “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalanıb. 

Son xəbərlər

Orphus sistemi