Energetika Nazirliyi: Ötən il səmərəli lampalardan istifadə nəticəsində 38 300 kVt/s elektrik enerjisinə qənaət edilib

Energetika Nazirliyi: Ötən il səmərəli lampalardan istifadə nəticəsində 38 300 kVt/s elektrik enerjisinə qənaət edilib “Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində 2018-ci ildə közərmə lampalarının səmərəli lampalarla əvəz edilməsi nəticəsində 38 300 kVt/s elektrik enerjisinə qənaət edilib”.
Energetika
22 Aprel , 2019 10:53
Energetika Nazirliyi: Ötən il səmərəli lampalardan istifadə nəticəsində 38 300 kVt/s elektrik enerjisinə qənaət edilib

“Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində 2018-ci ildə közərmə lampalarının səmərəli lampalarla əvəz edilməsi nəticəsində 38 300 kVt/s elektrik enerjisinə qənaət edilib”. 

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, közərmə lampalarından istifadə dünyanın bir çox ölkəsində qadağan olunub. 

"Elektrik enerjisini çox sərf etməsi və bu enerjinin 90%-ni istilik enerjisinə çevirməsinə görə közərmə lampalarından istifadə dünyanın bir çox ölkəsində qadağan olunub. Əvəzində istilik verməyən və daha az enerji istifadə edən səmərəli LED lampalara üstünlük verilir”, - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi