Elitar Gimnaziyanın şagirdləri ekoloji parkda olublar

Elitar Gimnaziyanın şagirdləri ekoloji parkda olublar Məktəblilərə SOCAR-ın həyata keçirdiyi ekoloji layihələ barədə məlumat verilib
Energetika
18 Noyabr , 2016 18:12
Elitar Gimnaziyanın şagirdləri ekoloji parkda olublar

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Elitar Gimnaziyanın şagirdləri üçün Bakının Qala qəsəbəsində yerləşən Ekoloji Parka ekskursiya təşkil edilib. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən bildirilib. 

Məlumata görə, məktəblilər “Eko-mərkəz” də təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra, onlara SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr, Ekologiya İdarəsinin fəaliyyət istiqamətləri və istehsalat sahələri haqqında məlumat verilib, video-çarxlar nümayiş etdirilib. Gəzinti zamanı məktəblilər Eko-Parkın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla tanış olublar. Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları şagirdlərin böyük marağına səbəb olub.

Son xəbərlər

Orphus sistemi