​Əlcəzair OPEK-i neft hasilatını azaltmağa çağırıb

​Əlcəzair OPEK-i neft hasilatını azaltmağa çağırıb Əlcəzair neftin qiymətinin düşməsi səbəbindən iqtisadi çətinlik hiss edir.
Energetika
29 Dekabr , 2014 04:26
​Əlcəzair OPEK-i neft hasilatını azaltmağa çağırıb
akı. 29 dekabr. REPORT.AZ/ Əlcəzairin neft sənayesi naziri Yusif Yusifi neft hasilatını azaltmaq və bu şəkildə onun qiymətini qaldırmaq çağırışı ilə OPEK-in iştirakçı ölkələrinə müraciət edib.

"Bizə elə gəlir ki, OPEK disbalansın düzəldilməsinə müdaxilə etməli, qiymətləri qaldırmaq üçün hasilatı azaltmalı və öz üzv ölkələrinin gəlirlərini müdafiə etməlidir", - "Report" BBC-yə istinadən Yusifinin sözlərini sitat gətirir.

Məlumatda qeyd olunur ki, Əlcəzair neftin qiymətinin düşməsi səbəbindən iqtisadi çətinlik hiss edir. Çünki ölkə büdcəsinin 60%-ni neft satışından əldə olunan gəlirlər təşkil edir.

Son xəbərlər

Orphus sistemi