EIA: OPEC-in 1995-ci ildən bəri ən aşağı hasilatı gələn ay ola bilər

EIA: OPEC-in 1995-ci ildən bəri ən aşağı hasilatı gələn ay ola bilər İyun ayında OPEC-ın gündəlik xam neft hasilatı 24,1 mln. barel təşkil edəcək. Bu isə aprel ayından 6,3 mln. barel/gün azdır.
Energetika
13 May , 2020 13:08
EIA: OPEC-in 1995-ci ildən bəri ən aşağı hasilatı gələn ay ola bilər

İyun ayında OPEC-ın gündəlik xam neft hasilatı 24,1 mln. barel təşkil edəcək. Bu isə aprel ayından 6,3 mln. barel/gün azdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ hökumətinin Enerji İnformasiyası Administrasiyasının (EIA) may ayı hesabatında qeyd edilib.

Qeyd edilib ki, iyun ayı üçün proqnozda Səudiyyə Ərəbistanın Energetika Nazirliyinin mayın 11-də elan etdiyi könüllü olaraq əlavə azaltma həcmləri nəzərdə tutulmayıb.

Əgər OPEC-in hasilatı 24,1 mln. bareldən aşağı olarsa, bu, qrupun 1995-ci ilin mart ayından bəri ən aşağı hasilat göstəricisi olar.

EIA qeyd edir ki, qlobal neft tələbatı və neftin qiymətlərinin artması ilə OPEC-in iyul ayından hasilatı artmağa başlayacaq. Proqnoza görə, OPEC səbətində xam neft hasilatı tədricən artmaqla 2021-ci ilin II yarısında 28,5 mln. barel/günə çatacaq. Bu artımın bir hissəsi Liviyada hasilatın artmasının nəticəsidir.

EIA bu il qeyri-OPEC ölkələrində isə xam neft və maye yanacaq üzrə gündəlik tədarükün 2,4 mln. barel azalacağını proqnozlaşdırır. Bildirilir ki, azalma əsasən yeni qüvvəyə minmiş OPEC+ sazişi öhdəliyi səbəbindəndir. EIA qeyri-OPEC ölkələri üzrə ən böyük azalmanın Rusiya, ABŞ və Kanadada olacağını proqnozlaşdırır.

Proqnoza görə, qeyri-OPEC ölkələri üzrə hasilatı 2021-ci ildə artacaq.

Son xəbərlər

Orphus sistemi