EIA: Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq

EIA: Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq EIA: Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq
Energetika
8 İyul , 2020 09:49
EIA: Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq
0 : 00
0 : 00

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu il Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu əvvəlki proqnozdan 20 min barel azaldıb.

EIA-ın yeni proqnozuna görə, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə EIA-ın iyul ayı hesabatında qeyd edilib.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 740 min barel proqnozlaşdırılır. Bu isə əvvəlki proqnozdan 10 min barel azdır.

Hesabatda qeyd edilib ki, Azərbaycan, Hindistan, Qazaxıstan, Kolumbiya, Malayziya və Misir kimi qeyri-OPEC ölkələrində  bu il hasilat əhəmiyyətli dərəcədə azalacaq. Proqnoza görə, bu ölkələrin hər biri üzrə illik hasilatın orta hesabla azalma həcmi 50-100 min barel/gün təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi