​EBRD TAP layihəsi üçün vəsait axtarışına başlayıb

​EBRD TAP layihəsi üçün vəsait axtarışına başlayıb Bu barədə Bankın prezidenti Suma Çakrabarti Albaniyanın baş naziri Edi Rama ilə görüşdə bildirib
Energetika
26 İyul , 2016 17:50
​EBRD TAP layihəsi üçün vəsait axtarışına başlayıb

Bakı. 26 iyul. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə maliyyə vəsaiti ayırmaq imkanlarına baxır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bankın prezidenti Suma Çakrabarti Albaniyanın baş naziri Edi Rama ilə görüşdə bildirib.

O qeyd edib ki, boru kəmərinin inşası layihəsi regionun enerji təhlükəsizliyinə yardım baxımından böyük maraq kəsb edir.

EBRD 500 mln. avro birbaşa və 1 mlrd. avroya qədər kommersiya banklarından sindikatlaşdırılmış maliyyə vəsaitinin ayrılması üçün danışıqlara başlanıldığını təsdiqləyib.

Qeyd edək kii, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

TAP layihəsinə 5,6 mlrd. avro sərmayə yatırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi