Dünyada qazma qurğularının sayı azalıb

Dünyada qazma qurğularının sayı azalıb Bakı. 8 oktyabr. REPORT.AZ/ Sentyabr ayında dünya neft-qaz sənayesindəki qazma qurğularının sayı azalıb.
Energetika
8 Oktyabr , 2018 12:56
Dünyada qazma qurğularının sayı azalıb
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Sentyabr ayında dünya neft-qaz sənayesindəki qazma qurğularının sayı azalıb.

“Report” xəbər verir ki, ABŞ-ın “Baker Hughes” neft servis şirkətinin məlumatına görə, belə meyl son 5 aydan bu yana ilk dəfədir müşahidə olunur. Belə ki, avqust ayında orta hesabla 2278 qazma qurğusu işləyibsə, sentyabrda bu rəqəm 2258 olub. Digər tərəfdən, sentyabra aid rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 177 ədəd çoxdur.

Şirkətin yaydığı məlumata əsasən, bütün dünyada hazırda istifadə olunan qazma qurğularının 55,5 faizi (ötən il 55,3 faiz) Şimali Amerikanın payına düşür. Bununla yanaşı, Afrikadakı qazma qurğularının sayı ötən ay 5 ədəd artaraq 109 təşkil edib, Avropadakılar 1 ədəd artaraq 186, Latın Amerikasında əvvəlki kimi 192 ədəd təşkil edibsə, Yaxın Şərqdə 7 ədəd azalaraq 395, Asiya – Sakit okean regionunda isə 3 ədəd azalaraq 222 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi