Dünyada 2018-ci ildə neft-qaz qazma qurğularının sayı artıb

Dünyada 2018-ci ildə neft-qaz qazma qurğularının sayı artıb Bakı. 9 yanvar. REPORT.AZ/ Dünyada 2018-ci ildə fəaliyyət göstərən neft və qaz qazma qurğularının orta aylıq sayı ardıcıl ikinci il artıb.
Energetika
9 Yanvar , 2019 11:19
Dünyada 2018-ci ildə neft-qaz qazma qurğularının sayı artıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Dünyada 2018-ci ildə fəaliyyət göstərən neft və qaz qazma qurğularının orta aylıq sayı ardıcıl ikinci il artıb.

"Report" xəbər verir ki, bunu ABŞ-ın "Baker Hughes" neft xidməti şirkətinin məlumatları göstərir.

Ötən il bu göstərici 2017-ci ildəki 2029-dan 2211-dək yüksəlib.

ABŞ-da qurğuların sayı ötən ay noyabr ayına nisbətən 1 ədəd artıb və 1078 olub, Kanadada isə say 57 ədəd azalaraq 141-ə düşüb (2018-ci ilin may ayından bəri minimum). Beləliklə, hazırda dünyada işləyən qazma qurğularının 54,3%-i Şimali Amerikanın payına düşür, hərçənd noyabr ayında bu göstərici 56,3% idi.

Ötən ilin son ayı ərzində Avropada qazma qurğularının sayı 12 vahid artaraq 95-ə çatıb (2017-ci ilin may ayından bəri maksimum), Asiya-Sakit okean regionunda artım 9 ədəd, toplam 231 qurğu (2015-ci ilin mart ayından bəri ən yüksək səviyyə) olub. Eyni zamanda Latın Amerikasında (8 və 197) və Afrikada (5 və 108) da artım qeydə alınıb. Yaxın Şərqdə isə qurğuların sayı dəyişməyərək 394 ədəd olub.

Son xəbərlər

Orphus sistemi