​Dünya neft bazarında qiymətlər sabitdir

​Dünya neft bazarında qiymətlər sabitdir "Brent"in bir bareli 47,7 dollara satılır
Energetika
20 Yanvar , 2015 09:24
​Dünya neft bazarında qiymətlər sabitdir

Bakı. 20 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti yanvarın 17-nə nisbətən dəyişməz qalıb və 48,69 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də sabitlik müşahidə edilib. Belə ki, "Brent"in bir bareli 47,69 dollara satılır.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi