Bakı. 19 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,58 dollar, yaxud 1,44% ucuzlaşaraq 39,78 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,19 dollar və ya 0,44% ucuzlaşaraq 42,91 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 45 dollar/barel olacağı gözlənilir.