Dünya bazarında neftin qiyməti aşağı düşüb

Dünya bazarında neftin qiyməti aşağı düşüb Bakı. 29 oktyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti aşağı düşüb.
Energetika
29 Oktyabr , 2018 19:22
Dünya bazarında neftin qiyməti aşağı düşüb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti aşağı düşüb.

“Report” xəbər verir ki, ICE Futures birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti 0,55 dollar, yaxud 0,71% azalaraq 77,07 dollar/barel təşkil edib.

Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti isə 0,68 dollar və ya 1,01% azalaraq 66,91 dollar/barel olub.

Qeyd edək ki, "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində artaraq 86 dolları ötmüşdü. Bu isə bu markalı neftin qiymətində 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstərici olub. 

Son xəbərlər

Orphus sistemi