​Dünya bazarında neftin qiyməti 3% bahalaşıb

​Dünya bazarında neftin qiyməti 3% bahalaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı proqnozlaşdırılır
Energetika
3 Fevral , 2015 09:20
​Dünya bazarında neftin qiyməti 3% bahalaşıb

Bakı. 3 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,68% yaxud 1,33 dollar artaraq 49,57 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə edilib. Belə ki, "Brent"in bir barelinin qiyməti 3,21% və ya 1,76 dollar bahalaşaraq 54,75 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi