​Dünya bazarında neft 2% ucuzlaşıb

​Dünya bazarında neft 2% ucuzlaşıb "Brent" markalı neftin qiyməti 62 dollar/barelə düşüb
Energetika
30 İyun , 2015 09:14
​Dünya bazarında neft 2% ucuzlaşıb

Bakı. 30 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,30 dollar və ya 2,18% ucuzlaşaraq 58,33 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,98%, yaxud 1,25 dollar geriləyərək 62,01 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi