Bakı. 15 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,26 dollar yaxud 0,62% ucuzlaşaraq 41,50 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,34 dollar və ya 0,77% ucuzlaşaraq 43,84 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 47 dollar/barel olacağı gözlənilir.