Azərbaycan neftinin qiyməti 38,9 dollara enib

Azərbaycan neftinin qiyməti 38,9 dollara enib "Azeri LT CIF" markalı neftin qiyməti ​dünya bazarında 3,8% düşüb
Energetika
14 Dekabr , 2015 09:40
Azərbaycan neftinin qiyməti 38,9 dollara enib

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,52 dollar yaxud 3,76% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,90 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi