Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 64,37 dollara çatıb
Energetika
24 İyun , 2015 10:03
Azərbaycan nefti bahalaşıb

Bakı. 24 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,52 dollar yaxud 2,42% bahalaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 64,37 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 63,08 dollar/barel, dünən isə 62,85 dollar/barelolub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi