​Dünya bazarında Azərbaycan nefti 2% bahalaşıb

​Dünya bazarında Azərbaycan nefti 2% bahalaşıb “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 55,27 dollara çatıb
Energetika
19 Mart , 2015 10:52
​Dünya bazarında Azərbaycan nefti 2% bahalaşıb

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,03 dollar yaxud 1,90% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 55,27 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 62,54 dollar/barel, dünən isə 54,24 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi