“Dərinsulu Günəşli” platforması yaxınlığında meyit tapılıb

“Dərinsulu Günəşli” platforması yaxınlığında meyit tapılıb Cəsəd sahilə gətirilib
Energetika
11 Noyabr , 2016 10:58
“Dərinsulu Günəşli” platforması yaxınlığında meyit tapılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ “Dərinsulu Günəşli” platformasının yaxınlığında dəniz dibindən meyit çıxarılıb.

Bu barədə “Report”a “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

Qeyd olunub ki, meyit sahilə gətirilib və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, noyabrın 8-də səhər saatlarında “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi