“Dayazsulu Abşeron”da ilk kəşfiyyat quyusu ilin sonunda qazılmağa başlayacaq

“Dayazsulu Abşeron”da ilk kəşfiyyat quyusu ilin sonunda qazılmağa başlayacaq Abşeron yarımadasının dayazsulu hissəsində birinci quyunun qazılması işlərinin bu ilin sonlarında başlanması nəzərdə tutulur.
Energetika
13 May , 2019 17:02
“Dayazsulu Abşeron”da ilk kəşfiyyat quyusu ilin sonunda qazılmağa başlayacaq

Abşeron yarımadasının dayazsulu hissəsində birinci quyunun qazılması işlərinin bu ilin sonlarında başlanması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında qeyd edilib.

Bildirilib ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi