Bakı. 27 iyun. REPORT.AZ/ Danimarka Rusiyanın "Şimal axını-2" qaz layihəsinin icrasını ləngitməyə çalışır.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Danimarkanın baş naziri Lars Lükke Rasmussen ukraynalı həmkarı Vladimir Qroysmanla görüşdən sonra deyib.
Onun sözlərinə görə, Danimarka parlamentinə layihəyə veto qoymağa imkan verəcək qanunverici təşəbbüslər təqdim olunub.
"Mövqeyim ondan ibarətdir ki, bu layihənin geosiyasi, Avropa implikasiyası var və Danimarka bu məsələni tək başına həll edə bilməz. Buna görə də bu məsələni Ümumavropa səviyyəsinə qaldırmağı təklif edirəm", - deyə Rasmussen bildirib.