Neftin qiyməti artmağa başlayıb

Neftin qiyməti artmağa başlayıb Neftin ən böyük istehlakçılarından olan Çindən gələn makroiqtisadi məlumatlar fonunda günün ortalarında dünya bazarında “qara qızılın” qiymətlərinin artımı sürətlənib.
Energetika
31 Mart , 2020 15:43
Neftin qiyməti artmağa başlayıb

Neftin ən böyük istehlakçılarından olan Çindən gələn makroiqtisadi məlumatlar fonunda günün ortalarında dünya bazarında “qara qızılın”  qiymətlərinin artımı sürətlənib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, "Brent" markalı neftin iyun ayı üzrə fyuçers qiyməti 3,07% artaraq 27,23 ABŞ dolları, may fyuçersləri isə 2,59% artaraq 23,35 ABŞ dolları olub. May ayında çatdırılmaqla WTI markalı neftin qiyməti 6,17% artaraq 21,33 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Çinin sənaye sektorunda işgüzar aktivlik indeksi (PMI) əvvəlki aya nisbətən (fevraldakı 35,7 bənd rekord dərəcədə aşağı göstərici olub) martda 45 bənd kimi göstərilən proqnozu üstələyərək 52 bəndə çatıb.

Son xəbərlər

Orphus sistemi