​Ceyhan limanında yanğın olub

​Ceyhan limanında yanğın olub Yanğın İraq neftinin toplandığı çəndə baş verib
Energetika
4 Dekabr , 2014 13:25
​Ceyhan limanında yanğın olub
Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyənin BOTAŞ şirkətinin Ceyhan limanında yerləşən neft anbarında yanğın olub. "Report" xəbər verir ki, bu barədə "Cihan" agentliyi məlumat yayıb.

Mərkəzi İraq hökumətinə məxsus SOMO şirkətinin neftinin daşındığı çəndə başlayan yanğın Bakı vaxtı ilə saat 10:20 radələrində başlayıb və qısa zamanda tüstü ətrafı bürüyüb.

Açıqlanan rəsmi məlumata görə, təmir edilən "T3" çənində aparılan qaynaq işləri zamanı qığılcım oksigen balonuna düşüb. BOTAŞ-ın məlumatına görə, yanğın zamanı yaralanan və xəsarət alan olmayıb.

Xatırladaq ki, iki ölkə arasındakı razılaşmaya əsasən, Ceyhan limanındakı çənlər bir müddət İraq dövləti üçün rezervuar rolunu oynamalı idi. Ötən həftə yerli idarəetmə orqanları ilə Mərkəzi İraq hökuməti arasında əldə olunan razılaşmaya əsasən, SOMO şirkətinə məxsus neftin yenidən Ceyhanda yığılmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi