Qazaxıstan neft-qaz hasilatını artırıb

Qazaxıstan neft-qaz hasilatını artırıb Bu ilin yanvar-yun aylarından Qazaxıstan 28,4 milyon ton neft hasil edib ki, bu da illik müqayisədə 1,3% çoxdur.
Energetika
15 İyul , 2020 11:42
Qazaxıstan neft-qaz hasilatını artırıb

Bu ilin yanvar-yun aylarından Qazaxıstan 28,4 milyon ton neft hasil edib ki, bu da illik müqayisədə 1,3% çoxdur. 

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli İqtisadiyyat Nazirliyinin Statistika Komitəsi məlumat yayıb. 

Qurum həmçinin bəyan edib ki son 1 ildə Qazaxıstanda qaz kondensatı hasilatı 3,5% artaraq 6,5 milyon ton, təbii qaz hasilatı 2,3% artaraq 11,9 milyard kubmetr, səmt qazı hasilatı isə 4,5% artaraq 17,1 milyard kubmetr təşkil edib. 

Son xəbərlər

Orphus sistemi